Cəmiyyət

Gəncədə avtomobillə vurulan piyada ölüb  |

Gəncə şəhərində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Tural Mustafayev dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizaya aparılıb.
Qəzanı törətməkdə şübhəli bilinən sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button