Cəmiyyət

Gəncədə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb 

Gəncı şəhərində yol qəzası olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsinə oktyabrın 1-də saat 21 radələrində Gəncə şəhəri Ə.Rəfibəyli küçəsindən 65-70 yaşlı kişinin kəllə-beyin travması ilə koma halında xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Onun Gəncə şəhər sakini Mikayıl Hacıyev olması və Göygöl rayon sakini Y.Yusubovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulması müəyyən edilib.
Araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button