İqtisadiyyat

Gəncə şəhərinin 90%-i yeni su təchizatı şəbəkəsi ilə təmin edilib

Şəkidə 70 min əhalini su ilə təchiz edən layihə artıq tamamlanıb, 450 minlik əhaliyə xeyir verəcək Gəncə layihəsində isə şəhərin artıq 90%-i yeni su təchizatı şəbəkəsi ilə təmin edilib.
“APA-Economics”in məlumatına görə, bunu “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Bakıda keçirilən “1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021” tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, təkcə su təchizatı deyil, dezinfeksiya işləri də sözügedən layihələr çərçivəsində həyata keçirilib və alman şirkətləri bu işlərdə “Azersu”ya böyük dəstək göstərib.
“Azersu” ASC-nin rəsmisi onu da qeyd edib ki, Səhmdar Cəmiyyəti təkcə Almaniyadan deyil, dünyanın aparıcı şirkətləri ilə də sıx əməkdaşlıq edir.
T. Cabbarov əlavə edib ki, Gəncə və Şəki layihələrinə Almaniya İnkişaf Bankı (KfW) ilə birgə əməkdaşlıq çərçivəsində 2011-ci ildə başlanılıb və sözügedən layihələrə 70 mln. ABŞ dolları sərmayə yatırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button