Mədəniyyət

Gəncə Dövlət Kukla Teatrına yeni baş rejissor təyin edilib

Gəncə Dövlət Kukla Teatrına baş rejissor təyin edilib.

APA xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov bununla bağlı müvafiq əmr imzalayıb.
Şamil Məmmədli 1994-cu ildə anadan olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini bitirdikdən sonra, Gəncə Dövlət Kukla Teatrında rejissor assisenti, daha sonra quruluşçu rejissor kimi əmək fəaliyyətinə başlayıb.

Ş.Məmmədlinin teatrda çalışdığı 5 il ərzində hazırladığı bütün tamaşalar hələ də teatrın repertuarındadır.

Şamil Məmmədli 44 günlük Vətən müharibəsində iştirak edib, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button