İqtisadiyyat

Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda parlamentə tövsiyə edilib

Bu gün Milli Məclisin bütün komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
APA-nın məlumatına görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Layihə ikinci oxunuşda maddələr üzrə müzakirə edilib. Müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat, Əmək və əhalinin sosial müdafiəsi, Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta Agentliyinin rəhbər şəxsləri iştirak edib.
T. Mirkişili qeyd edib ki, geniştərkibli bu iclasda Milli Məclis deputatlarına və müvafiq dövlət orqanlarının nümayəndələrinə müzakirə üçün ətraflı şərait yaradılıb.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button