Dünya

Gələn ildən Rusiyada qanunsuz işləyən miqrantlar deportasiya oluna bilər

Gələn il yanvarın 1-dən qanunsuz əmək fəaliyyəti ilə məşğul olan miqrantlar Rusiyadan deportasiya oluna bilər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirili.

Qeyd olunub ki, 2022-ci il 1 yanvar tarixindən Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar təkcə cərimələnməyəcək, həm də Rusiyadan deportasiya oluna bilərlər.

Xatırladılıb ki, Rusiya prezidenti tərəfindən əmək miqrantları üçün tətbiq olunan müvəqqəti tədbirlər dekabrın 31-də başa çatır.

O da vurğulanıb ki, 2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button