İqtisadiyyat

Gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad ediləcək

Azərbaycanda gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputatın elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiqi barədə təklifinə münasibət bildirən nazir müavini bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azaddır.

“Elektrik mühərrikli avtomobillərin ölkə daxilində satışının da gələn ildən ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Həmçinin, onların doldurulma məntəqələri də ƏDV-dən azad ediləcək” – deyə, S.Ələkbərov qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button