Cəmiyyət

Gələn il miqrantlar üçün iş kvotası artırılacaq

Gələn il miqrantlar üçün iş kvotası artırılacaq.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə əcnəbilər üçün 6740 iş kvotası müəyyən edilib. Bu kvotanın artırılması ilə bağlı müvafiq komissiyanın iclası keçirilib və qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verilib.

“Azad olunmuş ərazilərdə böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Bura cəlb olunan xarici şirkətlərin əcnəbi işçi qüvvəsinə ehtiyacı artıb. Bununla əlaqədar növbəti ildə kvota sayında artım gözləyirik. Özəl şirkətlərə müraciət edirik ki, əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı hər hansısa narahatlıqları və ya layihələri varsa, əvvəlcədən proqnoz məlumatlarını DMX-nə təqdim edə bilərlər”, – deyə o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button