İqtisadiyyat

Gələn il icmal büdcənin kəsiri 5,2 mlrd. manat təşkil edəcək

2022-ci ildə icmal büdcənin gəlirləri 26 967,7 mln. manat, xərcləri 32 145,9 mln. manat həcmində proqnozlaşdırılır.
Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, icmal büdcənin kəsiri isə 5 178,2 mln. manat səviyyəsində gözlənilir.
Qeyd edilir ki, 5 178,2 mln. manat məbləğində gözlənilən icmal büdcə kəsirinin 2025-ci ildə 2 283,5 mln. manata qədər azalacağı proqnozlaşdırılır ki, bunun da səbəbləri növbəti illərdə dövlət büdcəsinə yönəldilən transfertin, son nəticədə Dövlət Neft Fondunun xərclərinin, həmçinin dövlət büdcəsi kəsirinin azalmasıdır.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 328,9 mln. manat olub, xərcləri isə 12 752,4 mln. manat məbləğində icra olunub. İlin ilk altı ayında faktiki olaraq 2 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button