İqtisadiyyatManşet
Gələn il 13 milyard manatdan çox vergi və rüsum yığılacaq – cədvəl

2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti (DVX) və Dövlət Gömrük Komitəsi (DGK) üzrə müvafiq olaraq 8,820 mlrd. manat və 4,260 mlrd. manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.
“APA-Economics”in Maliyyə Nazirliyinin 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinə istinadən verdiyi məlumata görə, nəticədə, 2022-ci ildə ümumilikdə vergi və rüsumlardan 13,026 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olacağı nəzərdə tutulub. Bu, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 3,3% çoxdur.
Azərbaycan dövlət büdcəsinə DVX və DGK xətti ilə proqnozlaşdırılan daxilolmaların strukturu:
Vergi və rüsümlar üzrə daxilolmalar, mln. manat | 2022-ci il üzrə icra proqnozu | 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisə |
Dövlət Vergi Xidməti | 8 820 | 4,5% |
Fiziki şəxslərin gəlir vergisi | 1 485 | 16,9% |
Hüquqi şəxslərin mənfəət vergisi | 2 670 | – |
Əlavə dəyər vergisi (ƏDV) | 2 368,7 | 7,6% |
Sadələşdirilmiş vergi | 200 | 30,6% |
Aksizlər | 1 106,8 | 23,4% |
Hüquqi şəxslərin əmlak vergisi | 236 | 11,9% |
Mədən vergisi | 142 | 2,9% |
Hüquqi şəxslərin torpaq vergisi | 46 | 2,2% |
Dövlət rüsumu | 363,5 | 2,1 dəfə |
Yol vergisi | 76,5 | 3,4% |
İcarə | 9 | 12,5% |
Topdansatış qiymət arasındakı fərq | 95,4 | 11,7% |
Sair daxilolmalar | 21,1 | – |
Dövlət Gömrük Komitəsi | 4 260 | 2,3% |
Gömrük rüsumu | 1 150 | 2,7% |
ƏDV | 2 910 | 2,1% |
Aksizlər | 160 | 3,2% |
Yol vergisi | 40 | 0% |
CƏMİ | 13 026 | 3,3% |