Cəmiyyət

Gədəbəydə yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Gədəbəydə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı 1980-ci il təvəllüldü Ceyran Salman qızı Tağıyeva, 1944-cü il təvəllüdlü Rza Bayram oğlu Tağıyev, 1981-ci il təvəllüdlü Eldar Qara oğlu Tağıyev və 1991-ci il təvəllüdlü Kamil Səməndər oğlu Quliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Xəsarət alanlardan K.Quliyevin xəsarəti daha ağır olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
21:23
Gədəbəydə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə “Söyüdlü yolu” adlanan ərazidə qeydə alınıb.
Belə ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button