İdman

Futbolu silkələyən Makedoniya modeli Azərbaycanda niyə alınmadı?

Şimali Makedoniyanın İtaliyaya qalib gələrək DÇ-2022-nin “pley-off”unda finala vəsiqə qazanması Avropa mətbuatının gündəmindədir.

Qol.az xəbər verir ki, son Avropa çempionatının final mərhələsinin iştirakçısı olan makedoniyalılar indi də mundialın bir addımlığındadırlar.

Qeyd edək ki, bu uğurlara Makedoniya Futbol Feferasiyası sistemli iş sayəsində nail olub və Avropaya səs salıb. Onların təcrübəsindən Azərbaycanda da faydalanmaq istəyiblər.

Hazırda “Zirə”də baş məşqçi işləyən Rəşad Sadıqov Qurban Qurbanovun rəhbərliyi altında millidə işlədikləri zaman (2017-18) bu təcrübəni tətbiq etmək istədiklərini, lakin onlardan asılı olmayan səbəblərdən ideyanın həyata keçmədiyini söyləyib. Bununla əlaqədar Sadıqovun bu yaxınlarda İTV-nin “Bol idman” verilişində səsləndirdiyi fikirlərin yer aldığı videonu təqdim edirik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button