İdman

Futbolçulara pul verdiyi iddia olunan Surinamın vitse-prezidenti ilə bağlı araşdırma aparılır

KONKAKAF Surinamın vitse-prezidenti Ronni Bryunsviyk barədə araşdırma aparılır.Apasport.az saytının məlumatına görə, buna səbəb ölkəsində “İnter” klubunun da prezidenti olan 60 yaşlı biznesmenin digər komandanın oyunçularına pul verməsi iddiasıdır.Məsələ ilə bağlı bəyanat yayan KONKAKAF İntizam Komitəsinin çəkilən videoları araşdıracağını açıqlayıb: “Sosial mediada paylaşılan videoların məzmunundan son dərəcə narahatıq. Bu da matçla bağlı potensial ədalət problemlərini gündəmə gətirir. Bununla bağlı rəsmi araşdırmaya başlanılıb və KONKAKAF İntizam Komitəsinə göndəriləcək”.Qeyd edək ki, Ronni Bryunsviyk KONKAKAF Liqasında “İnter”in heyətində Honduras “Olimpiya”sına qarşı keçirilən matçda 54 dəqiqə oynayıb. Görüş honduraslılıarın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button