İqtisadiyyat

“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb

“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb.
 
“APA-Economics”in məlumatına görə, poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.
Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuş “EURO 2020” “COVID-19” pandemiyası səbəbindən təxirə salınıb və sözügedən idman tədbiri 2021-ci ildə baş tutub. Bu da markanın eskizində öz əksini tapıb.
Xatırladaq ki, “EURO 2020” çempionatının 4 oyunu ölkəmizdə keçirilib.
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button