Mədəniyyət

“Fulya” filminin çəkilişləri başa çatıb (FOTO)

Bakı. Çingiz Səfərli – Trend:
“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.
Trend-in məlumatına görə, filmin premyerası 7 oktyabrda Avropada, 8 oktyabrda isə Türkiyədə olacaq.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, sənədli filmin Azərbaycanda nə zaman yayımlanacağı ilə bağlı hələlik bir məlumat yoxdur.
Qeyd edək ki, filmdə 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.

Twitter:@cingizsafarli

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button