Dünya

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən neonasistlər saxlanılıb

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları, terror aktı hazırlamaqda şübhəli bilinən neonasist təşkilatının 5 üzvünü saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət sağ radikal qrupun üzvlərindən gedir.
Qeyd edək ki, qrupun fəaliyyətinin araşdırılması zamanı mayın əvvəlində onun 3 üzvü həbs edilib. Onlar terror qruplaşmasına qoşulmaqda ittiham olunurlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button