Dünya

Fransada koronavirusa qarşı məcburi peyvəndin “gizli forması” tətbiq oluna bilər

Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə COVID-19-a qarşı məcburi peyvəndin “gizli formasının” tətbiq oluna biləcəyini bildirib.

Trend xəbər verir ki, Veran Fransanın sanitar buraxılışlardan immunizasiya sertifikatlarına mümkün keçidini yüksək qiymətləndirərək, bunu “məcburi peyvəndin gizli, lakin daha effektiv forması” olduğunu bildirib. O, həmçinin əlavə edib ki, koronavirusa qarşı peyvənd olunmamış vətəndaşların barlara, restoranlara və digər ictimai yerlərə getməsinə qadağaların tətbiqi cərimə sistemindən daha effektivdir.

“Biz artıq tərəddüd edərək epidemiyanın yeni dalğaları təhlükəsi altında yaşamağa davam edə bilmərik”, – deyə Olivye Veran qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button