Dünya

Fransada kollecin onlarla tələbəsi və işçisi zəhərlənib

Fransanın cənub-qərbində yerləşən Marignas-sur-Jal şəhərindəki kollecdə zəhərlənmə baş verib.
“Report”un məlumatına görə, 27 tələbə və 7 kollec işçisinin raket yanacağının tüstüsündən zəhərləndiyi ehtimal edilir.
Mütəxəssislərin fikrincə, zəhərlənmə raket yanacağının yanması zamanı ayrılan hidroxlor turşusunun buxarlanması nəticəsində baş verə bilər.
Qeyd edilir ki, kollecin yaxınlığında “Ariane Group” raket və kosmik texnologiya korporasiyasının ofisi yerləşir. Burada “Ariane 5” və “Ariane 6” ağır raketləri üçün yanacaq hazırlanır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button