Dünya

Fransada futbol klubunun keçmiş prezidenti vəfat edib

Fransalı iş adamı və siyasətçi Bernard Tapi 78 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bernard Tapi Avropa Parlamentinin deputatı olub. 1992-ci ildə şəhər işləri naziri təyin edilib.
1986-1994-cü illərdə “Marsel” futbol klubunun prezidenti, 1990-1993-cü illərdə “Adidas” şirkətinin sahibi olub.
2017-ci ildən Tapi mədə xərçəngi ilə mübarizə aparırdı. Son aylarda vəziyyəti tədricən pisləşmişdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button