Dünya

Fransada əlverişsiz hava şəraiti bir neçə nəfərin ölümünə səbəb olub

Fransanın cənubunda leysan yağışlar və dəniz səviyyəsinin yüksəlməsi insan tələfatı ilə nəticələnib.
“Report” xəbər verir ki, bu barədə BFM telekanalı yerli yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, dəniz səviyyəsinin qalxması 5 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, ölkənin cənubunda ötən gündən başlayan əlverişsiz hava şəraiti bu gün də davam edir. Hazırda cənub əyalətlərində leysan yağışlar yağır, güclü külək əsir.
Güclü külək səbəbindən İspaniyaya gedən avtomobil yolunda nəqliyyatın hərəkətində yubanmalar yaranıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar “narıncı” daşqın xəbərdarlığı edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button