İdman

Fransa Kuboku: Həvəskar klub yarımfinal oyunu üçün stadion tapa bilmir

Fransanın IV divizionunda çıxış edən “Versal” klubu “Nitsa”ya qarşı ölkə kubokunun yarımfinal oyununu keçirməyə stadion tapa bilmir.

Həvəskar komandanın ev matçlarını oynadığı arenanın standartları bu cür qarşılaşmanı qəbul etməyə uyğun deyil. Bu səbəbdən klub PSJ-yə müraciət edərək “Park de Prens” stadionunun bir günlük onların ixtiyarına verilməsini xahiş edib.

Hələlik qarşı tərəfdən bu istəyə cavab verilməyib.

Qeyd edək ki, “Versal” – “Nitsa” görüşü martın 1-i və ya 2-də gerçəkləşəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button