İdman

Fransa Futbol Federasiyası cinsi təcavüzə görə cərimələnib

Fransa Futbol Federasiyası (FFF) keçmiş əməkdaşına görə cərimələnib.
Apasport.az saytının məlumatına görə, Paris Əmək Məhkəməsi qurumun keçmiş maliyyə direktoru Mark Varinlə bağlı təcavüz işi üzrə qərar çıxarıb.
Məhkəmə bu hadisə ilə əlaqədar FFF-in 10 min avro təzminat ödəməsinə qərar verib. Federasiya digər məsələlərlə yanaşı, “işçilərin təhlükəsizliyini təmin etmək öhdəliyini pozmaqda” da ittiham edilib. Varin federasiyanın digər keçmiş işçisinə cinsi təcavüzdə günahlandırılıb.
Hadisə ilə bağlı ilk araşdırma 2018-ci ildə federasiyanın baş direktoru Florans Arduanın işdən çıxarılmasına səbəb olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button