Dünya

Fransa Britaniya ilə münasibətlərə yenidən baxa bilər

“Rəsmi Paris ticarət və əməkdaşlıq razılaşması da daxil olmaqla öz öhdəliklərini pozan Londonla münasibətlərinə yenidən nəzərdən keçirməlidir”.
“Report” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv le Drian deyib.
Xatırladaq ki, sentyabrın 16-sı ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS adlandırılan müdafiə tərəfdaşlığı barədə razılaşma imzalayıblar. Bundan sonra Avstraliya Fransanın “Naval Group”” şirkəti ilə 66 milyard ABŞ dolları dəyərində 12 sualtı qayığın istehsalını nəzərdə tutan müqaviləyə xitam verib. Rəsmi Paris öz növbəsində Avstraliyanın bu addımını pisləyib və səfirini geri çağırıb.
“Bu mərhələdə deyə bilərəm ki, hazırda yaşadığımız böhran ciddidir. Böhran davam edəcək və ondan çıxmaq üçün sözlərə deyil, ciddi əməllərə ehtiyac olacaq”-dey nazir bildirib.
Xarici işlər naziri Fransa səfirinin Kanberraya qayıdacağını, lakin onunla məsləhətləşmələrin davam etdiyini qeyd edib.
Daha əvvəl Le Drian, sualtı qayıqla bağlı müqavilənin ləğvini arxadan vurulan bıçaq zərbəsi adlandırmışdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button