Dünya

Fransa BMT TŞ-nin üzvlərinin sayının artırılmasını dəstəkləyir

Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin sayının artırılmasını zəruri hesab edir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.
O əlavə edib ki, “Fransa G-4 ölkələrinin (Almaniya, Braziliya, Hindistan və Yaponiya) TŞ-də 1 daimi üzv üçün əlavə yerin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyir”.
“Fransa həmçinin Afrika ölkələrinin TŞ-nin daimi üzvü qismində də nümayəndəliyinin genişləndirilməsinə tərəfdardır”, – deyə, qeyd edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button