İdman

“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin ilkin tarixi açıqlanıb

“Formula-1”də 2022-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.Apasport.az saytının məlumatına görə, gələn il 23 yarışın keçirilməsi planlaşdırılır.Azərbaycan Qran-Prisinin də ilkin tarixi bəlli olub. Yarış iyunun 12-də və ya 19-da baş tutacaq.
Həmin iki tarixdə Kanada və Azərbaycan yarışa ev sahibliyi edəcək. Bu ölkələrdən hansının iyunun 12-də, hansının 19-da pilotları qonaq edəcəyi hələ dəqiqləşməyib. Bunadək isə 7 mərhələ keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button