İdman
“Formula-1” Rusiya Qran-prisi ilə müqaviləni ləğv edib

Formula-1” üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.
Apasport.az xəbər verir ki, buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.
Bu isə o deməkdir ki, builki Soçi Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də gerçəkləşməyəcək.