İdman

“Formula 1” bolidlərinin ölçüsü kiçildilir

“Formula 1” Komissiyasının iclasından sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümü üçün dünya çempionatının bolidlər baxımından texniki reqlamentinin yaradılacağı prinsipləri açıqlayıb.

FIA avtomobillərin ölçülərinin kiçildiləcəyini və çəki artımının dayandırılacağını bildirib.

Qərara əsasən, bolidlər ətraf mühitə uyğun və səmərəli olacaq. Avtomobillər arasında sıx rəqabət və onların daha da təkmilləşdirilməsi nəzərə alınacaq.

FIA xərcləri azaltmaq üçün strateji cəhətdən seçilmiş komponentlərin standartlaşdırılması və sadələşdirilməsi işini davam etdirəcək. Həmçinin ekoloji cəhətdən təmiz materialların və ya texnologiyaların istifadəsi genişləndiriləcək. Bundan əlavə, onların yenidən istifadəyə yararlığına diqqət yetiriləcək.

Qurum bolidlərin təhlükəsizliyini yaxşılaşdırmağa yönəlmiş işlərini də davam etdirəcək.

Qeyd edək ki, cari mövsüm “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button