Dünya

Florida ştatı Cozef Baydeni məhkəməyə verir

Florida ştatının qubernatoru Ron Desantis bir sıra vətəndaşlar üçün məcburi koronavirus peyvəndi tələblərinin tətbiqi ilə əlaqədar ABŞ administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
“Report” xəbər verir ki, bunu qubernator keçirdiyi mətbuat konfransında deyib.
Ştatın qubernatoru və baş prokuroru tərəfindən qaldırılan iddia prezident Cozef Bayden, NASA və onun direktoru Bill Nelson, eləcə də ABŞ administrasiyasının digər rəsmi şəxslərinə qarşı yönəlib.
Florida rəsmiləri federal hökumət işçiləri üçün koronavirus peyvəndi mandatlarının verilməsini qanunsuz hesab edirlər.
Qubernator təklif edib ki, analoji iddialar ölkənin digər bölgələrində də qaldırılsın. Onun sözlərinə görə, iddia qarşıdan gələn ixtisarların qarşısını almağa çalışmaq üçün verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button