Gündəm

Flora Kərimova ‘Şərəf’ ordeni ilə təltif edilib 

Azərbaycan atəşkəsə riayət etdiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN ) bu gün, iyulun 29-da cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Həmin açıqlamada isə qeyd edilir ki, Ermənistan tərəfinin atəşkəsi Azərbaycanın pozması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir :

” Bildiririk ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.”

***

Azərbaycan Kəlbəcər istiqamətində yenə mövqeylərinin vurulduğunu deyir.

Bu barədə iyulun 29-u Azərbaycan Müdafiə Nazirliyi (MN ) məlumat yayıb.

Məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Nazirlik vurğulayır ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Aşıqlamaya görə, Azərbaycan mövqelərinə tərəf 10-12 ədəd F-1 əl qumbarası da atılıb, qarşı tərəfə cavab atəşi açılıb.

Ermənistan bir həbçisinin yaralandığını bildirir

Ermənistan müdafiə nazirliyi iyulun 29-da qısa atəşkəs pozuntusu nəticəsində bir həbçinin yaralandığını bildirir və pozuntuya görə Azərbqaycanı ittiham edir.

Məlumatda bildirilir ki, iyulun 29-u səhər saat 3 radələrində Kəlbəcər və Qeqarkun istiqamətində Azərbaycan ordusu Ermənistan mövqelərinə atəş açıb. Açıqlamada səhər saat 7 radələrindən sonra vəziyyətin sakit olduğu vurğulanır.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Azərbaycan son günlər iki hərbi qulluqçusunun yaralandığını bildirib.Gərginliyə görə, öz növbəsində Azərbaycanı günahlandıran Ermənistanın da açıqlamasına görə, son gündə 3 hərbçisi ölüb, ikisi isə yaralanıb.

Hətta dünən, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirmişdi.Amma sonra yenə atəşkəsin pozulması ilə bağlı qrşılıqlı iddialar səsləndi.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button