İqtisadiyyat

“Fitch” qlobal ÜDM-nin artımı üzrə proqnozunu cüzi azaldıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2021-ci ildə qlobal iqtisadiyyatın 6% böyüyəcəyini gözləyir. İyunda dərc edilən proqnoz isə 6,3%-ə bərabər idi.
“APA-Economics”in agentliyin qlobal iqtisadi proqnozuna (GEO) istinadən verdiyi məlumata görə, vaksinasiya tədbirləri iqtisadi artıma müsbət təsir edir, lakin vaksinasiya templərinin zəif olduğu ölkələrdə iqtisadi artım ləngiyir. Bundan əlavə, COVID-19 pandemiyası fonunda tədarük məhdudiyyətləri bərpa sürətini məhdudlaşdırır.
“Fitch” qeyd edir ki, ABŞ iqtisadiyyatı üzrə də builki artım gözləntisi iyundakı 6,8%-dən 6,2%-dək endirilib. Çində də ÜDM-nin daha aşağı sürətlə artması gözlənilir. Belə ki, agentlik Çin iqtisadiyyatı üzrə proqnozunu 8,4%-dən 8,1%-ə endirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button