İqtisadiyyat
“Fitch” CQD avrobondlarının reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) üstün hüquqa malik təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib.
“APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin sözügedən səviyyədə təsdiq olunması Azərbaycan tərəfindən təmin olunan 2026-cı ildə ödəmə müddəti başa çatan 2 mlrd. ABŞ dolları həcmində olan avrobondlara dair üzrə proqnozunun dəyişikliyini əks etdirir. Reytinq dövlət tərəfindən CQD-nin istiqraz sahiblərinə ödəmələrinin qeyd-şərtsiz, tabesiz və geri alınmaz təminatını əks etdirir.
Qeyd edək ki, nəticədə, “Fitch” istiqrazların reytinqini Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqi ilə bərabərləşdirib.