Dünya

Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb

Finlandiyanın Oulu şəhərində ölkədə ilk dəfə olaraq odun satan qurğu fəaliyyətə başlayıb.
“Report” MTV-3-ə istinadən xəbər verir ki, şəhərin bir hissəsi olan Hietasaari adasında yerləşən avtomat qurğuda 30 satış yuvası var, bir dəst odunun qiyməti də 3,95 avrodur. Burada odun alış-verişi onlayn şəkildə də həyata keçiriləcək.
Hələlik sınaq müddətində olan odun avtomat qurğuya başqa şəhərlərin də maraq göstərdiyi bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button