İdman

FIG Dünya Kuboku: Azərbaycan gimnastları daha iki finala yüksəliblər

Azərbaycan idmançıları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda daha iki finala yüksəliblər.

Arzu Cəlilova 29.750 xal toplayaraq lentlə hərəkətdə finala yüksəlib və dördüncü yeri tutub. Zöhrə Ağamirova 30.400 xal toplayaraq gürzlərlə proqramın finalına çıxıb və beşinci yeri tutub.

Xatırladaq ki, Bakıda keçirilən Dünya Kubokunun seçmə mərhələsinin ilk gününün yekunlarına görə, azərbaycanlı idmançılar halqa ilə hərəkətin finalına çıxıblar: Cəlilova 32,050 xalla üçüncü, Ağamirova isə 31,650 xalla dördüncü yeri tutub. Bundan başqa, Arzu Cəlilova 31.000 xalla üçüncü yeri tutaraq topla hərəkətin finalına yüksəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button