İdman

FİFA və UEFA Gürcüstan-Yunanıstan matçının təxirə salınması ilə bağlı müraciətə rədd cavabı verib

Gürcüstan Futbol Federasiyası (GFF) futbol üzrə dünya çempionatı 2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turu çərçivəsində Batumi mərkəzi şəhər stadionunda keçiriləcək Gürcüstan-Yunanıstan matçının təxirə salınması üçün FİFA və UEFA-ya müraciət edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə GFF-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, Batumidəki faciəvi hadisə ilə əlaqədar FİFA və UEFA-ya matçın təxirə salınması üçün rəsmi məktub göndərilib, lakin müraciət qəbul edilməyib.
“Bu səbəbdən oyun təyin edilmiş vaxtda, həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”, – bəyanatda bildirilib. Eyni zamanda, futbolçular meydana qara sarğı ilə çıxacaqlar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button