İdman

FIDE reytinqi açıqlandı: Məmmədyarov mövqeyini qoruyub, Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. FIDE-nin rəsmi saytına dərc olunan məlumata görə, bu dəfə ilk “10-luq”da Azərbaycan təmsilçiləri yer almayıb.

Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 1 pillə geriləyərək, 13-ci sırada qərarlaşıb.

Rauf Məmmədov (2 673) 3 pilləlik geriləmə ilə 61-ci sıraya enib. 2 665 xalı olan Qədir Hüseynov 74-cü yerə geriləyib. Nicat Abbasov isə ilk “100-lüy”ü tərk edib.

Siyahıda ilk “üçlük” dəyişib. Norveçli dünya çempionu Maqnus Karlsen (2 855) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pilləyə yüksəlib. Fabiano Karuana (ABŞ, 2 800) isə üçüncüdür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button