Gündəm

FHN yoxlama tədbirləri həyata keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı yoxlama tədbirləri keçirib.

FHN-in məlimatına görə, yanğın təhlükəsizliyi və insanların təhlükəsizliyinin təmin olunması sahəsində, yoxlama nazirliyin bir sıra qurum və regional mərkəzlərinin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahədə görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələri əhatə edib.

Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən qurumlarında aparılıb.

Yoxlamalar zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılımasına dair müvafiq tapşırıqlar verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button