Cəmiyyət

FHN: “Yasamalda yaşayış binasındakı yanğın söndürülüb”

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən “Report”a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
20:25
Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.
Bu barədə “Report”a hadisə şahidləri məlumat verib.
Bildirilir ki, yanğın Yasamal yaşayış kompleksində qeydə alınıb.
Yanğına səbəb elektrik xətlərinin alışması göstərilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button