GündəmManşet

“Fevraladək yarım milyon insan koronavirusdan ölə bilər” – ÜST xəbərdarlıq edib

“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge deyib.

Onun sözlərinə görə, “Delta” ştamı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir: “Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.

ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insanın COVID-19-dan ölə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button