İqtisadiyyat

FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

ABŞ-ın mərkəzi bank rolunu oynayan Federal Ehtiyatlar Sistemi (FES) sentyabr iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir. Qərar əksər analitiklərin də proqnozlarına uyğun olub.
Tənzimləyici 2020-ci ilin mart ayında iki dəfə planlaşdırılmadan illik dərəcəni 0-0,25% səviyyəsinə endirdikdən sonra artıq 12-ci dəfədir ki, əsas dərəcəni saxlayıb. Bundan əvvəl belə bir nisbət 2008-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər qeydə alınmışdı. FES koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq faiz dərəcəsini azaltmağa qərar verib.
FES-in növbəti iclası noyabrın 3-də olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button