İdman

“Fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik”

“Gözlənildiyi kimi, çətin oyun keçdi”.Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in qapıçısı Haynz Linder Kofrans Liqasının I turunda “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.Bakı Olimpiya Stadionunda baş tutan və 0:0 hesabı ilə yekunlaşan qarşılaşma ilə bağlı İsveçrə mətbuatına açıqlama verən 31 yaşlı avstriyalı qolkiper ağır oyun keçirdiklərini etiraf edib: “İkinci hissə boyu fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik. Bizim üçün çox ağır mübarizə keçdi. Bu səbəbdən nəticə bizi qane edir”.Qeyd edək ki, növbəti turda sentyabrın 30-da “Bazel” “Kayrat”ı qəbul edəcək, “Qarabağ” isə “Omoniya”nın qonağı olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button