Siyasət

“Facebook”a gələn Siyavuş Novruzovdan ilk açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

Savash.org bildirir ki, S.Novruzov “Report”a açıqlamasında cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazım olduğunu deyib.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button