Dünya

“Facebook” işçiləri şirkət binasına daxil ola bilmir

“Facebook” şirkətinin işçiləri sosial şəbəkənin işində yaranan problemi öyrənmək və mövcud vəziyyəti qiymətləndirmək üçün şirkət binasına daxil ola bilmirlər.
“Report” xəbər verir ki, bu barədə “New York Times” nəşrinin müxbiri Şira Frenkel məlumat verib.
Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində problem yaranıb. Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button