Cəmiyyət

Fərdi bacarıqların inkişafı” mövzusunda təlimə qeydiyyat başlayıb – elan

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin ekspertləri tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi ilə ‘Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu’ Proqramı çərçivəsində Qafqaz Təqdiqat və Resurs Mərkəzi – Gürcüstan tərəfindən maliyyələşən “Münaqişədən zərər çəkən icmalarda qadın liderlərin inkişafı” çərçivəsində “Münaqişədən təsirlənən icmalarda qadın inkişafına dəstək verilməsi” təşəbbüsü icra edilir. Təşəbbüsün məqsədi  müharibənin təsirlərini aradan qaldırmaq üçün münaqişədən təsirlənən icmalarda qadın inkişafına kömək etməkdir.

Bu təşəbbüs çərçivəsində Bərdədə, Ağdamda və Tərtər rayonlarında “Fərdi bacarıqların inkişafı” mövzusunda 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub:

  • 04-06 noyabr 2021-ci il tarixində Tərtər rayonunda,
  • 13-15 noyabr 2021-ci il tarixində Bərdə rayonunda,
  • 29 noyabr-01 dekabr 2021-ci il tarixində Ağdam rayonunda.

Təlimin məqsədi qadınların icmalarda fəallğının artması və rolunun güclənməsinə dəstək verilməsidir.

Təlimdə iştirak etmək istəyənlər  Tərtər rayonu üzrə 01 noyabr tarixinədək, Bərdə rayonu üzrə 10 Noyabr tarixinədək və Ağdam rayonu üzrə 26 noyabr tarixinədək  tarixədək  [email protected]  elektron poçt ünvanına müraciət edə bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button