İdman

“Fənərbaxça” üstünlüyünü qoruya bilməyib

Avropa Liqasında qrup mərhələsinin III turu davam edir.
Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan “Fənərbaxça” ev matçına çıxıb.
Türkiyə təmsilçisi ilk iki turda xal üzü görməyən “Antverpen”i qəbul edib. Belçikalıların erkən qolla hesabı açdığı görüşdə Enner Valensiya dubla imza ataraq, “sarı-lacivərdlilər”i önə keçirib. Lakin komanda üstünlüyünü qoruya bilməyib. Valensiyanın 37-ci dəqiqədə penaltidən yararlana bilmədiyi görüşdə qollu bərabərlik qeydə alınıb.
Bu, “Antverpen”ə qrupda ilk xalı qazandırıbsa, “Fənərbaxça” aktivindəki 2 xalla 3-cü yerdə qərarlaşır.
Avropa LiqasıD qrupu, III tur“Fənərbaxça” – “Antverpen” – 2:2Valensiya, 21, 45 – Samatta, 2, Gerkens, 62

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button