Cəmiyyət

Evlərinin tüstü bacalarını bu yolla təmizləyən cərimə olunacaq

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət lisenziya almış ixtisaslaşmış şirkətlər və ya “Azəriqaz” İB tərəfindən həyata keçiriləcək.

“Azəriqaz”dan Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, bu məsələdə ümumi nəzarət İB tərfindən həyata keçiriləcək. Xidmətə görə qiymətlər xidmət göstərən şirkət və qarşı tərəf arasında sövdləşmə əsasında müəyyən ediləcək.

Qeyd edək ki, fevralın 15-də Milli Məclis qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə müəyyən edilən yeni cərimələrlə bağlı layihəni ikinci oxunuşda təsdiq etdi.

Belə ki, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button