Dünya

Estoniyada ictimai yerlərə yalnız peyvənd olunmuş şəxslər buraxılacaq

Bu gündən etibarən Estoniyada ictimai yerlərə yalnız peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər buraxılacaq.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 25-dən etibarən Estoniyada neqativ COVID-19 testinə malik şəxslər belə bir sıra ictimai yerlərə, o cümlədən idman klublarına, ictimai qida obyektlərinə, teatrlara, kinoteatrlara, spa mərkəzlərinə və s. yerlərə buraxılmayacaq.
Bundan başqa, ticarətçilərdən və xidmət tədarükçülərindən maskasız şəxsləri ticarət mərkəzlərinə və mağazalara buraxmamaq tələb olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button