Gündəm

Eskişehirdə “Zəfər Qardaşlığı” adlı tədbiri keçirilib

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyənin Eskişehir şəhərində “Zəfər Qardaşlığı” tədbiri həyata keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın tədbiri açıq elan edərək, dərnəyin fəaliyyətindən və bir il öncə Eskişehirin yerli televiziya kanalı olan EsTV-də yayımlanan “Üççizgi” proqramından bəhs edib.

Azərbaycanın İstanbuldakı konsulu Anar Axundov Vətən Müharibəsində qardaş Türkiyənin dəstəyi sayəsində şəhidlərimizin qanının yerdə qalmamasına toxunub.

Anadolu Universitetinin rektoru, Prof. Dr. Fuat Erdal iki dövlət, tək millət olan Azərbaycan və Türkiyə qardaşlığının bir ömür davam etməsini diləyib.

Milliyyətçi Hərəkat Partiyasının Eskişehir millət vəkili Metin Nurullah Sazak isə Azərbaycan və Türkiyənin daha neçə zəfərlərə doğru birlikdə irəliləyəcəyini söyləyib.

Tədbir zamanı qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub, milli musiqiləri səsləndirilib və Azərbaycan rəqsi nümayiş etdirilib. Eyni zamanda tədbir zamanı Eskişehir Azərbaycanlılar Dərnəyinə öz dəstəklərini əsirgəməyən, əməkdaşlıq edən qurumlara təşəkkür plaketi təqdim olunub. Bu plaketi alanlar arasında jurnalist Hüseyin Güven, EsTV Genel Yayın Yönətməni Soner Yüksel adına Kerem Akyıl, iş adamları Aziz Karagöz, Ayhan Sezer, Durmuş Calp, İbrahim Eldem, vəkil Afşin Çalışıcı, Alpata Otomotiv Şöbə Müdiri Ramis Tunca, Çifteler Bələdiyyə Başqanı Kadir Bıyık, Tepebaşı Bələdiyyə Başqanı Ahmet Ataç, Yüksek Makina Mühəndisi Erkan Bursalı, Eskişehir Texnik Universitetinin rektoru, Prof. Dr. Tuncay Döğeroğlu, Osmanqazi Universitetinin rektoru Prof. Dr. Kemal Şenocak, Anadolu Universitetinin rektoru, Prof. Dr. Fuat Erdal ve Eskişehir TÜRKAV Başqanı Hasan Sezer də olub.

Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək bu günə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button