Dünya
Ermənistanın müdafiə naziri Moskvaya gedir

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan yaxın günlərdə Moskvaya səfər edəcək.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan mayın 26-da parlamentdəki “hökumət saatı”nda bildirib.
Onun sözlərinə görə, Moskvada keçiriləcək danışıqlarda Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət əsas müzakirə mövzusu olacaq.