Dünya

Erməni deputat: “Ermənistanı tərk edənlərin sayı kosmik səviyyəyə çatıb”

İrəvandakı “Zvartnos” hava limanından 2021-ci ilin yanvar-avqust aylarında Ermənistanı 701 750 sərnişin tərk edib, 653 697 nəfər isə ölkəyə gəlib.
“Report” “Hetq” qəzetinə istinadən xəbər verir ki, bu, hava limanının rəsmi məlumatıdır.
Bildirilib ki, son 7 ayda Ermənistandan 48 053 vətəndaş həmişəlik gedib.
Qeyd edək ki, “Hayastan” parlament fraksiyasının üzvü, deputat Vaqe Akopyan jurnalistlərə Ermənistanı tərk edənlərin sayının “kosmik səviyyəyə” çatdığını bildirib. Onun sözlərinə görə, Zəngəzurdan (Sünik) xaricə köç edənlərin sayı günbəgün artır. Deputat deyib ki, 2021-ci ildə Ermənistanı 110 min nəfər tərk edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button