Siyasət

“Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq” – İlham Əliyev

Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.

“Report”un xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.

“Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”, – deyə məktubda vurğulanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button